Türkiyə-Azərbaycan sərhədində YENİ DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-Azərbaycan sərhədində YENİ DƏYİŞİKLİK

İqtisadiyyat

14 Avqust 2026 11:52 356


Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU), Türkiyənin Beynəlxalq Daşıyıcılar Dərnəyi (UND), İranın Beynəlxalq Nəqliyyat Şirkətləri Assosiasiyası (ITCAI) və gömrük qurumlarının nümayəndələri Türkiyə-İran və Türkiyə-Azərbaycan sərhədində yerləşən əsas keçid məntəqələrinə səfər ediblər.

“Yeni Sabah” IRU-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Gürbulaq-Bəzirgan və Dilucu-Sədərək sərhəd-keçid məntəqələrində mövcud prosedurlar nəzərdən keçirilib. Əsas məqsəd sərhədlərdən yük avtomobillərinin keçidini sürətləndirmək və daşımaların həcmini artırmaq üçün mümkün addımları müəyyənləşdirmək olub.

Görüşlərdə rəqəmsal texnologiyaların və TIR sisteminin beynəlxalq yükdaşımaların daha səmərəli və proqnozlaşdırılan şəkildə həyata keçirilməsində rolu müzakirə edilib. Xüsusilə TIR-EPD platforması vasitəsilə gömrük orqanlarına yük barədə məlumatların əvvəlcədən təqdim edilməsinin yoxlamaların daha məqsədyönlü aparılmasına və sərhəddə gözləmə müddətinin azalmasına imkan verdiyi bildirilib. Sezar pizza

Dilucu sərhəd-keçid məntəqəsində tətbiq olunan TIR “Yaşıl dəhliz” mexanizminin də müsbət nəticələr verdiyi qeyd olunub. İlkin məlumatları elektron şəkildə təqdim edən yük avtomobillərinin sərhədi daha sürətli keçdiyi və bununla da boşdayanmaların azaldığı vurğulanıb.

Səfər zamanı Dilucu-Sədərək marşrutunun gələcəkdə Qafqaz istiqamətində “Şərq-Qərb” nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətinin artacağı bildirilib.

IRU regional ticarətin genişlənməsi fonunda sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarının artırılması üçün eTIR sisteminə keçidin sürətləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!