Türkiyə iyulun 1-dən gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsumları 8%-dən çox artırır.
Yenisabah.az "Aydınlık"a istinadla xəbər verir ki, bu qərardan sonra ölkənin həmin sahə üzrə gəlirləri bu il 900 milyon dollara çata bilər.
Ötən ilin oktyabrında Türkiyə hakimiyyəti ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsi üçün rüsumları 5 dəfə artırıb. Məbləğ 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır. Sezar pizza
Montrö Konvensiyasının imzalanması zamanı qızıl frank 0,8 dollara bərabər idi, ötən ilin oktyabrında onun dəyəri 4,08 dollara yüksəldilib.
Telegram kanalımız