“Türkiyə çıxırsa, biz də gedirik” - 20-yə yaxın ölkə ordusunu geri çəkir
11 May 2021 18:35
1744

“Türkiyə çıxırsa, biz də gedirik” - 20-yə yaxın ölkə ordusunu geri çəkir

ABŞ-ın Əfqanıstandakı qoşunlarını geri çəkməsi prosesi ətrafında ilginc gəlişmələr yaşanır.

Yenisabah.az xəbər verir ki, “Wall Street Journal” Türkiyənin də Əfqanıstandakı qoşunlarını çıxaracağına dair NATO və ABŞ-a məlumat verdiyini iddia edib.

Qəzetə açıqlama verən ABŞ rəsmiləri Vaşinqtonun hazırlıq işlərini iyulun 4-dək başa çatdırmağı, Türkiyənin də Kabildəki Həmid Kərzayi Beynəlxalq Hava Limanını qoruyan hərbi qüvvələrini geri çəkməyi planlaşdırdıqlarını bildiriblər.

Qəzetin mənbələri Avropa ölkələrinin ABŞ-dan bu planı təxirə salmağı tələb etdiklərini söyləyiblər.

“Başqa bir problem də illərdir Kabil hava limanının mühafizəsini öz üzərinə götürən Türkiyənin öz qoşunlarını çıxaracağı barədə ABŞ və NATO-ya məlumat verməsidir”, - məlumatda qeyd edilib.

Nəşr Türkiyənin hava limanının təhlükəsizliyini təmin etmək istəməməsinin bir çox Qərb ölkəsini qorxutduğunu və Əfqanıstandakı diplomatik nümayəndəlik və səfirliklərin Türkiyənin olmadığı bir ssenaridə açıq qalmasını istəmədiklərini yazıb.

ABŞ-ın rəhbərlik etdiyi NATO koalisiyasındakı 20-yə yaxın ölkənin Vaşinqtona “Birlikdə girdik, birlikdə getməliyik” xəbərdarlığı etdiyi də diqqətə çatdırılıb.

“Türkiyə bölgəni tərk edərsə, Qərb ölkələrinin diplomatik nümayəndələri ölkədə az da olsa, diplomat saxlama qərarını nəzərdən keçirəcəklər. Bundan sonra onların bölgədə qalacaqları ehtimalı azdır”, - nəşr yazıb./Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər