Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Türkiyə ilə əlaqələrin bərpasını Rusiya ilə müzakirə edirik“  - Armen Qriqoryan
28 Okt 2021 14:01
455

“Türkiyə ilə əlaqələrin bərpasını Rusiya ilə müzakirə edirik“ - Armen Qriqoryan

"Dəfələrlə qeyd etmişik ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələsini müzakirə etməyə hazırıq".

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib: “Bu məsələ Rusiya ilə də müzakirə olunur. Düşünürəm ki, bu işə başlamaq, məncə, daha səmərəli olacaq, çünki həm biz, həm də Türkiyə tərəfi müsbət impulsların olduğunu və münasibətləri normallaşdırmağa başlaya biləcəyini vurğulayıb”.

Xüsusilə Azərbaycan və Türkiyə prezidentlərinin bu barədə tez-tez danışdıqlarını nəzərə alsaq, Sünik vasitəsilə “dəhliz”in verilməsi məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala Armen Qriqoryan belə cavab verib:

“Türkiyə prezidentindən heç bir açıqlama görməmişəm. Bu yaxınlarda Füzulidə hava limanının açılışı zamanı bu barədə bir kəlmə də eşitmədim”.

Armen Qriqoryan qeyd edib ki, Ermənistan “dəhliz məntiqi”nə qarşıdır və bu “məntiq” çərçivəsində heç bir məsələni müzakirə etmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər