Türkiyə klubunun nümayəndələri Mahir Emreli üçün Bakıya gəldilər

Türkiyə klubunun nümayəndələri Mahir Emreli üçün Bakıya gəldilər
Sent 11, 2019 10:58
Oxunma sayı: 69

Türkiyənin “Trabzonspor” klubunun skautları Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Xorvatiya ilə matçını (1:1) izləmək üçün Bakıya gəliblər.

“Yeni Sabah” “Fotospor”a istinadən xəbər verir ki, “Qarabağ”ın və millinin hücumçusu Mahir Emrelini yaxından görmək üçün paytaxtımızda olan nümayəndələr onun oyununu bəyəniblər. Baş məşqçi Ünal Karamanın təlimatı əsasında “bordo-mavilər” gələcəyə yatırım məqsədi ilə futbolçu axtarırlar.

Qeyd edək ki, Türkiyə mətbuatı 1 ay öncə Mahir Emrelinin “Trabzonspor”un hədəfində olduğu yazılmışdı. Bu xəbərə münasibət bildirərkən xaricdə oynamağın onun karyerasında irəliləyiş ola biləcəyini deyən M. Emreli isə belə qərar gələrsə, əvvəlcə baş məşqçisi Qurban Qurbanovla məsləhətləşəcəyini bildirmişdi.

 

Yenisabah.az