Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Türkiyə Liviyaya ordu göndərdi – Ankara regional oyunçuya çevrilir
08 Yan 2020 12:52
574

Türkiyə Liviyaya ordu göndərdi – Ankara regional oyunçuya çevrilir

Türkiyə ordusunun ilk hissələri yanvarın 7-da Liviya ərazisinə daxil olub. Bu barədə Liviya Milli Razılıq Hökuməti nümayəndəsi məlumat verib.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə parlamenti yanvarın 2-də hərbi qüvvələrin Liviyaya göndərilməsi barədə sənəd qəbul edib.

Türkiyə artıq özünə, daxili problemlərinə qapılıb qalan ölkə olmaqdan çıxaraq regional hegemona çevrilir. Suriyada 2016-cı ildən sonra taktiki gediş edərək Rusiya ilə yaxınlaşan Türkiyə beynəlxalq koalisiyanın bir hissəsi kimi deyil, müstəqil güc kimi çıxış etməyə başlayıb. Türkiyə ötən 4 ildə Suriyada 3 hərbi əməliyyat (“Fırat Kalkanı”, “Zeytin Dalı” və “Barış Pınarı”) keçirməklə mövqelərini gücləndirib. Kürd təhlükəsini sıradan çıxarıb və Suiryada qərar verən bir neçə ölkədən birinə çevrilib.

İndi isə Türkiyə Liviyada iki savaşan qrupdan birini – BMT-nin rəsmən tanıdığı Fəyyaz Sərac hökumətini döstəkləyir. Bu, Ankaranın əlini gücləndirir. Digər tərəfdən, Türkiyə noyabrda F.Sərrac hökuməti ilə anlaşma imzalayaraq faktiki olaraq Misir və Yunanıstan hökumətlərinin Türkiyəni kənarda qoymaqla Aralıq dənizindəki fəaliyyətlərini neytrallaşdırdı. 

Türkiyənin Liviya hökumətini qorumaq cəhdinin arxasında həm də Aralıq dənizindəki güc mübarizəsi dayanır. Digər tərəfdən, Ankara faktiki olaraq Liviyada diktə edən güc mərkəzlərindən birinə çevrilir və Liviya ətrafında beynəlxalq danışıqlarda artıq Ankara da tərəflərdən biri kimi qəbul olunacaq.

Və nəhayət, Ankara Liviya əməliyyat ilə nüfuz dairəsini daha da genişlədir və rəqiblərinin onu “öz meydanında oyuna məcbur etmək” taktikasını pozaraq artıq rəqibləri ilə daha uzaq meydanda qarşılaşır. Bu həm də Türkiyəni “soyuq müharibə” illərindəki özünə qapalı ölkə olmaq istəmədiyi və güc mərkəzi kimi çıxış etdiyini göstərir.

Bütün hallarda bu prosesdə Ankara hərbi-siyasi, strateji olaraq qazanclı tərəfdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər