Türkiyə MSK parlament seçkilərinin yekun nəticələrini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə MSK parlament seçkilərinin yekun nəticələrini açıqladı

Dünya

30 May 2023 19:17 738


Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener 14 Mayda keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

O, ölkə daxilində seçicilərin 88,92, ölkə xaricində isə 53,80 faizinin parlament seçkilərinə qatıldığını bildirib.

Yekun nəticələrə görə, 28-ci müddət Türkiyə Parlamentində Ədalət və İnkişaf Partiyasından 268, Cümhuriyyət Xalq Partiyasından 169, İYİ Partiyadan 43, Rifah Partiyasından 5, Milliyyətçi Hərəkat Partiyasından 50, Yaşıllar və Sol Gələcək Partiyasından 61, Türkiyə İşçi Partiyasından isə 4 millət vəkili təmsil olunacaq./Oxu.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!