Türkiyə, Rusiya və İran prezidentləri fevralda görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə, Rusiya və İran prezidentləri fevralda görüşəcək

Dünya

30 Yanvar 2019 15:42 1092


Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında növbəti üçtərəfli görüş fevral ayında keçiriləcək.

 “Yeni Sabah”  xəbər verir ki, bunu Rusiya Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, görüşdə Suriyadakı vəziyyət müzakirə ediləcək: “Bu görüşün tarixi hələ dəqiqləşdirilməyib. Ancaq tərəflər ilkin variant olaraq fevralın 23-də Rusiyanın Soçi şəhərində bir toplantı keçirməyi qəbul ediblər”. pizza sifarişi

M.Boqdanov deyib ki, Suriyanın yeni Konstitusiyasının hazırlanması üzrə Komitə yaxın zamanlarda fəaliyyətə başlayacaq. O, komitə üzvləri siyahısının hazırlandığını da bildirib.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri arasında sonuncu üçtərəfli görüş 2018-ci il sentyabrın 7-də İran paytaxtı Tehranda keçirilib.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!