"Türkiyə Ankara ilə Stokholm arasında münasibətlərdə mövcud çətinlikləri nəzərə alaraq, İsveçin NATO-ya qəbulu məsələsində bir müddət ləngitsə, bir neçə aydan sonra ölkənin alyansa daxil olmasına razılıq verəcək".
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu türkiyəli politoloq Kərim Has deyib.
"Türkiyə İsveçin alyansa qəbulunu donduracaq, lakin bu, çox çəkməyəcək. Ankara ilə Stokholm arasındakı münasibətlərdə mövcud olan bütün çətinliklər Türkiyə rəhbərliyinin mövqeyini əsaslı şəkildə dəyişməyəcək və nəticədə İsveçin NATO-ya daxil olmasına razılıq verəcək", - Has vurğulayıb. Dominos pizza
O əlavə edib: "May ayında Türkiyədə prezident seçkiləri keçiriləcək, iyulda isə NATO sammiti nəzərdə tutulub. Ərdoğan hakimiyyətdə qalsa, o zaman bir çox əlamətlərə görə İsveçin alyansa qəbuluna qarşı çıxmayacaq".
Telegram kanalımız