Türkiyə üçün qorxulu xəbərdarlıq: 7 bal gücündə zəlzələ...

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə üçün qorxulu xəbərdarlıq: 7 bal gücündə zəlzələ...

Dünya

16 May 2025 08:55 514


Ankara Universitetinin müəllimi Prof. Dr. Gürol Seyitoğlu Konya vilayətində baş verən 5.2 bal gücündə zəlzələyə dair açıqlama verib. O bildirib ki, Tuz Gölü fay xətti 7 bal gücündə zəlzələ törədə bilər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya vilayətinin Kulu rayonunda qeydə alınan 5.2 bal gücündə zəlzələ ətraf vilayətlərdə də hiss olunaraq böyük panikaya səbəb olub.

Seyitoğlu qeyd edib ki, bu bölgədə 3 əsas fay xətti birləşir:

Eskişehir fay zonası

Tuz Gölü zonası

Kırıkkale-Erbaa fay zonası

Bu fay xətlərinin qarşılıqlı əlaqəsi nəticəsində bölgə seysmik cəhətdən aktiv sayılır. Mütəxəssis deyir ki:

"Ankara da, Konya da zəlzələ baxımından təhlükəsiz bölgələr deyil. Binalar zəlzələyə davamlı tikilməlidir."

Seyitoğlu bildirib ki, bu fayın doğrultu atımlı (yəni üfüqi hərəkətli) yoxsa normal (şaquli hərəkətli) fay olduğu barədə elmi mübahisələr var. Son zəlzələ, bu fayın normal fay xüsusiyyətində olduğunu göstərib.

Seyitoğlunun fikrincə, Tuz Gölü fay xətti 7 bal gücündə zəlzələ yaratmaq potensialına malikdir. Lakin bu tip zəlzələlərin təkrarlanma intervalı min illərlə ölçülür:

"Hazırda yaxın zamanda böyük bir zəlzələ baş verməyib. Amma dəqiq vaxt demək mümkün deyil."

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!