Türkiyə və Azərbaycan Qarsda birgə genişmiqyaslı hərbi təlimlər keçirəcək
17 Yan 2021 14:08
579

Türkiyə və Azərbaycan Qarsda birgə genişmiqyaslı hərbi təlimlər keçirəcək

Türk Silahlı Qüvvələri ən böyük qış təlimlərinə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi təlimdə snayper komandaları, Xüsusi Təyinatlı Komandanlığın şəxsi heyəti, komando və helikopterlər iştirak edəcək.

2021-ci ilin qış təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək. Türk hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə ortaq hərəkətli atəş təlimində iştirak edəcəklər.

Bu, təlimlə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını yoxlamaq məqsədi daşıyır.

Azərbaycan Silahlı Qüvvələri personalının da iştirak edəcəyi operativ səviyyəli təlimin son dövrlərin ən böyük təlimlərdən biri olduğu bildirilir. / Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər