Türkiyə və Birləşmiş Millətlər Təşkilatı Rusiya texniki nümayəndə heyəti ilə taxıl müqaviləsilə bağlı görüşün təşkili üçün konkret təkliflər üzərində işləyir.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə prosesdə iştirak edən türk diplomat bildirib.
“Hazırda bu görüşün imkanları üzərində işləyirik”, – diplomat söyləyib. Sezar pizza
Xatırladaq ki, Rusiya iyulun 18-də tərəflərin öhdəliklərini yerinə yetirmədiyini iddia edərək, Qara dəniz sazişləri çərçivəsində taxıl müqaviləsində iştirakını rəsmən dayandırıb.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Kiyev taxıl və kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün alternativ yollardan istifadə edir.
Telegram kanalımız