Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırdı

Dünya

03 Sentyabr 2026 20:13 32


Avropa Parlamenti Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Avropa İttifaqı (Aİ) büdcəsinə dair verdiyi rəydə yunan Kipri tərəfindən Türk Silahlı Qüvvələrinə böhtan atmaq məqsədilə inşa ediləcək qondarma bir abidəyə vəsait ayrılmasının da tövsiyə edildiyi məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Türk Silahlı Qüvvələri 1974-cü il Kipr Sülh Əməliyyatı ilə Kiprin türk sakinlərinin məhv edilməsinin qarşısını alıb və adaya yarım əsrdən artıqdır davam edən sülhü gətirib", - XİN-in bəyanatında qeyd olunub. pizza

Bildirilib ki, yunan tərəfindən irəli sürülən iddialar tarixi həqiqətləri təhrif edir və siyasiləşdirir:

"Aİ qurumlarının Kipr məsələsinin həllinə töhfə vermək əvəzinə, qərəzsizlik və ədalət prinsiplərindən uzaqlaşaraq yunan tərəfinin təbliğatına alət olması icmalararası etimadı daha da zədələyir.

Aİ rəsmilərinə atdıqları hər addımla Türkiyəni Aİ-dən uzaqlaşdırmağı hədəfləyən dairələrin vasitəsinə çevrilməmələri ilə bağlı çağırış edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!