Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edildi

Dünya

05 Sentyabr 2026 19:34 53


Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi iş üzrə ilk iclasda hücumu törədən şagirdin atası Uğur Mersinlinin həbsdə saxlanılmasını davam etdirib, anası Peyman Pınar Mersinlinin isə azadlığa buraxılmasına qərar verib. pizza sifarişi

Baş Prokurorluğun etirazını araşdıran Kahramanmaraş 4-cü Ağır Cinayət Məhkəməsi ananın yenidən həbs edilməsinə qərar verib.

İttihama əsasən, U. Mersinli 10 nəfərin ehtimal olunan qəsdlə öldürülməsi, 15 nəfərin yaralanması və silah qanunvericiliyini pozmaqda, P. Mersinli isə ehtiyatsızlıq nəticəsində bir neçə şəxsin ölümünə və yaralanmasına səbəb olmaqda ittiham olunur.

Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!