Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Türkiyədə 3-cü doza peyvəndin vurulmasına başlanıldı
01 İyl 2021 10:46
455

Türkiyədə 3-cü doza peyvəndin vurulmasına başlanıldı

Türkiyədə ikinci doza peyvənd olunmuş 50 yaşdan yuxarı vətəndaşlar və tibb işçiləri bu gündən etibarən istədikləri peyvəndin 3-cü dozasını vurdura bilərlər.

Yenisabah.az xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Elmi Komitənin iclasından sonra etdiyi açıqlamada 50 yaşdan yuxarı şəxslərin və səhiyyə işçilərinin istənilən vaksin ilə 3-cü doza peyvənd olunmasının faydalı olacağı ilə bağlı qərara gəliblər. Sözügedən şəxslər 1 iyuldan etibarən istənilən vaksin ilə üçüncü doza üçün növbə götürə biləcəklər. 

"Üçüncü doza peyvəndinin hansı növ peyvəndlə tətbiq olunmasına dair heç bir məhdudiyyət və prioritet yoxdur. Vətəndaşlarımız və səhiyyə işçilərimiz, ilk iki dozada hansı peyvənd vurdurduqlarına baxmayaraq üçüncü doza olaraq istədikləri peyvəndi vurdura bilərlər. Bu baxımdan seçim sizindir. İstədiyiniz peyvəndi 3-cü doza olaraq rahatlıqla qəbul edə bilərsiniz",-deyə Türkiyə səhiyyə naziri qeyd edib.

Qeyd edək ki, Türkiyədə indiyə qədər 50 milyona yaxın insan peyvənd olunub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər