Türkiyədə “Ahbap” dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə “Ahbap” dərnəyinə qarşı istintaq çərçivəsində məşhurlar ifadə verməyə çağırıldılar

Şou

23 İyul 2026 21:10 91


Türkiyədə İstanbul Prokurorluğunun musiqiçi Haluk Leventə məxsus "Ahbap" dərnəyinə qarşı apardığı istintaq çərçivəsində jurnalistlər Ece Üner və Fatih Portakal, vəkil Feyza Altun, müğənni Gökhan Özoğuz və aparıcı Öykü Serter ifadə verməyə çağırılıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Ədliyyə binasına gedən məşhurların verdiyi ifadələr bəlli olub. Onlar ifadələrində "Ahbap" dərnəyi ilə hər hansı maliyyə və ya kommersiya əlaqələrinin olmadığını bildiriblər. Dördpendirli pizza

İstintaq çərçivəsində daha altı tanınmış şəxs - jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özlem Gürses, komediya ustası Şahan Gökbakar, aktrisa Hazal Kaya və yutuber Fatih Koparan da ifadə vermələri üçün çağırılıblar.

Qeyd edək ki, sözügedən istintaq çərçivəsində daha əvvəl "Ahbap" dərnəyinin təsisçisi, musiqiçi Haluk Levent və "Babala TV"nin yaradıcısı Oğuzhan Uğur həbs olunmuşdular.

Xatırladaq ki, Haluk Leventin dərnəyin adından və ianə vədlərindən istifadə edərək, zərərçəkmişlərdən daşınmaz əmlak əldə etdiyi, lakin köməkçisi Yeliz Kayaya ötürülən bu əmlakların sonradan müxtəlif şübhəlilərin adına qeydiyyata alındığı iddia edilir. Nəticədə bu çərçivədə 60 milyon dollar zərər dəydiyi iddiası irəli sürülür./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!