Türkiyədə alovla mübarizə davam edir – Dörd bölgədə vəziyyət kritikdir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə alovla mübarizə davam edir – Dörd bölgədə vəziyyət kritikdir

Dünya

31 İyul 2026 19:09 86


Türkiyədə son üç gündə baş verən meşə yanğınlarının böyük hissəsi nəzarət altına alınıb.

"Yeni Sabah" xəbər verir ki, ölkə üzrə iyulun 29-dan bəri qeydə alınan 206 yanğından 202-si söndürülüb və ya tam nəzarətə götürülüb. Yanğınların 133-ü meşə zolaqlarından kənar ərazilərdə baş verib.

Hazırda Antalya vilayətinin Alanya, Mersin vilayətinin Gülnar-Aydıncık və Balıkesir vilayətinin Gömeç rayonlarında alovla mübarizə davam edir. Sezar pizza

Ən mürəkkəb vəziyyət isə Aydın vilayətinin Çine rayonunda müşahidə olunur. Güclü külək yanğının söndürülməsini çətinləşdirsə də, yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün fasiləsiz çalışırlar.

Yanğınların söndürülməsinə havadan və qurudan geniş qüvvə cəlb edilib. Əməliyyatlarda 28 təyyarə, 119 helikopter, 14 pilotsuz uçuş aparatı və 5 mindən çox texnika iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!