Türkiyədə bu veriliş və seriallara görə kanallar cəzalandırıldı - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə bu veriliş və seriallara görə kanallar cəzalandırıldı - Siyahı

Şou

05 Fevral 2022 22:51 1751


Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK ölkədə yayımlanan bir çox veriliş və seriallarda yol verilən uyğunsuz görüntülərə görə kanalları cəzalandırıb.

Yenisabah.az türk mediasına istinadən xəbər verir ki, cərimələrin tətbiq olunmasına səbəb olan proqramlara aşağıdakılar aiddir:

- "FOX"da yayımlanan "Fulya ile umudun olsun" Dördpendirli pizza

- "Show TV"də təqdim edilən "Didem Arslan Yılmazla vazgeçme"

- "Beyaz TV"də nümayiş olunan "Her şey yaşamda var"

- "Star TV"də yayımlanan "Serap Paközle gerçeğin peşinde"

- "ATV"də göstərilən "Esra Erolda" 

Bu kanallara yayımlarında yol verdikləri qanun pozuntularına görə inzibati cərimələr tətbiq edilib. Bir neçə gün əvvəl qəbul edilən sanksiya qərarına məhəl qoymadan eyni pozuntuları davam etdirənlərə qarşı isə daha ağır cəzaların verilə bilinəcəyi də bildirilib. 

Bundan başqa, "Fox"da təqdim olunan "Yasak elma" serialında evlilik xaricində münasibətlərin önə çıxarılması, "Kanal D"də yayımlanan "Yarqı" adlı ekran işində həddindən artıq şiddətin yer almasına görə sözügedən kanallar cərimələnib.

"TV 8"də nümayiş edilən “Survivor allstar” proqramının təhlili zamanı gərgin müzakirə mühitində işlədilən təhqir və ittihamların, aqressiv rəftarların uşaq və gənclərə mənfi təsir göstərə biləcəyi qərara alınıb. Bu səbəbdən RTÜK yayımçıya inzibati cərimə tətbiq edilməsinə qərar verib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!