Türkiyədə dağıdıcı zəlzələdən ölənlərin sayı artdı 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dağıdıcı zəlzələdən ölənlərin sayı artdı 

Maraqlı

22 Aprel 2023 12:50 849


Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdə ölənlərin sayı artıb.

Yenisabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, həlak olanların sayı 50 783 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!