Türkiyədə döyülən rus boksçudan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə döyülən rus boksçudan xəbər var

İdman

28 Aprel 2026 01:23 150


Rusiyalı boksçu Sergey Qoroxov Trabzonda keçirilən turnirdə tamaşaçıların iştirakı ilə baş verən kütləvi davadan sonra açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, boksçu bu barədə İnstaqramda məlumat verilib.

İdmançı Türkiyədən Rusiyaya qayıtdığını bildirib. Qoroxov əlavə edib ki, döyüşdən bəri yata bilməyib.

Qoroxov və türkiyəli Emirhan Kalkan arasında UBO dünya titul döyüşü aprelin 27-də Trabzonda baş tutub.

Nokautla qalib gələn rusiyalı döyüşdən sonra rəqibinin komandasına döyüşə görə təşəkkür etmək üçün yaxınlaşıb. Lakin türkiyəli idmançının meneceri Qoroxovu itələyib və məşqçisi müdaxilə edib, nəticədə dava düşüb.

Davada çox sayda insan iştirak edib. Qoroxovun məşqçisi də daxil olmaqla, rinqə daxil olanların bəziləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Türkiyə polisi hadisə ilə bağlı araşdırmaya başlayıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!