Türkiyədə erməni icra başçısı təyin olundu – İlk dəfə

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə erməni icra başçısı təyin olundu – İlk dəfə

Dünya

18 Avqust 2022 09:08 1707


Erməni əsilli Türkiyə vətəndaşı Berk Acar Dənizli şəhərinin Babadağ rayonunun icra başçısı təyin edilib. 27 yaşlı Berk Acar müasir Türkiyədə bu vəzifəyə təyin olunan ilk ermənidir, xəbəri Türkiyə KİV-ləri yayıb.

Berk Acar 1995-ci ildə İstanbulda anadan olub. Saakyan Nunyan adına özəl erməni orta məktəbini bitirib. 2020-ci ildə Bilgi Universitetinin hüquq fakultəsini bitirib. Şişlidə hüquq stajı keçib.

2021-ci ildə o, Ankarada yazılı imtahan verərək 13 374 namizəd arasında 72-ci yeri tutub. Müsahibə mərhələsinə 475 nəfər dəvət olunub. Berk Acar dövlət vəzifəsində işləmək hüququ qazananlar arasında olub.

Yaxın günlərdə gənc icra başçısının rayona gələcəyi və öhdəliklərinin icrasına başlayacağı gözlənilir.

Türkiyədə ölkə vətəndaşı olan 70 minə yaxın etnik erməni yaşayır. Bundan əlavə, Türkiyədə 40 minə yaxın Ermənistan vətəndaşı yaşayır və işləyir.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!