Türkiyədə gəmi qəzası – 10 nəfərlik heyətlə əlaqə kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə gəmi qəzası – 10 nəfərlik heyətlə əlaqə kəsildi

Hadisə

02 Sentyabr 2026 12:24 110


Mərmərə dənizində, İstanbulun Silivri rayonu sahillərindən təxminən 18 dəniz mili cənubda ağır dəniz nəqliyyatı qəzası baş verib. Türkiyə bayrağı altında üzən iki gəminin toqquşması nəticəsində bir yük gəmisi batıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində qeydə alınıb. Kocaeli-Aliağa reysi üzrə hərəkət edən "Alsu" adlı tanker ilə İskenderundan Karadeniz Ereğliyə doğru gedən "Tuğberk İmamoğlu" adlı quru yük gəmisi dənizdə çarpışıb.

Toqquşma nəticəsində 89 metr uzunluğundakı "Tuğberk İmamoğlu" gəmisi ciddi zədə alaraq dənizin təxminən 900 metr dərinliyində batan hissəsində suya qərq olub. Tankerə isə ciddi zərər dəymədiyi bildirilir. Dördpendirli pizza

Qəzadan dərhal sonra batmış gəminin göyərtəsində olan 10 nəfərlik heyətlə əlaqə kəsilib. Heyət üzvlərinin heç biri ilə istər radioəlaqə, istərsə də mobil telefon vasitəsilə rabitə yaratmaq mümkün olmayıb.

Hazırda Türkiyə Sahil Təhlükəsizliyi Komandanlığı və Kıyı Emniyeti (Dəniz Təhlükəsizliyi) tərəfindən əraziyə çoxlu sayda gəmi, kater və helikopter cəlb olunub. Dənizdə və havadan genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!