Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatdı
05 Apr 2020 21:37
162

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatdı

Türkiyədə son gün ərzində daha 73 nəfər koronavirusdan vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat paylaşıb.

Məlumata görə, son sutkada 3135 nəfər koronavirusa yoluxub, sağalan şəxslərin sayı 256 olub.

Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 574-ə çatıb. Ümumi yoluxma sayı isə 27069 nəfərdir.

Oxşar xəbərlər