Türkiyədə minlərlə şəxsin vətəndaşlıq qərarı ləğv edildi   - SAXLANILANLAR VAR

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə minlərlə şəxsin vətəndaşlıq qərarı ləğv edildi - SAXLANILANLAR VAR

Dünya

22 Sentyabr 2026 00:14 687


Türkiyədə investisiya yolu ilə vətəndaşlıq əldə edilməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində 6134 şəxsin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxta və qanunsuz ekspertiza hesabatlarından istifadə edən 1413 investor və onların ailə üzvləri ilə birlikdə ümumilikdə 6134 nəfərin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb. Dördpendirli pizza

Nazirliyin məlumatına görə, İstanbul Prokurorluğunun 21 sentyabr 2026-cı il tarixində başlatdığı araşdırmada daşınmaz əmlakın saxta alqı-satqısı yolu ilə qanunsuz vətəndaşlıq əldə etdiyi müəyyən edilən 1070 nəfər, həmçinin vətəndaşlıq prosesi davam edən 11 nəfər müəyyənləşdirilib.

Araşdırma zamanı 1070 nəfərin 263-ünün investor, 807-sinin isə ailə üzvü olduğu müəyyən edilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!