Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi

Dünya

12 Oktyabr 2026 22:57 101


Türkiyənin şimalında yerləşən Tokat şəhərində son üç gün ərzində təxminən 5 000 sakin ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə yerli xəstəxanalara müraciət edib.

"Yeni Sabah" "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Tokat vilayətinin qubernatoru Abdullah Köklü məlumat verib. Onun sözlərinə görə, hazırda 30 nəfər müalicə alır.

Qeyd olunub ki, mütəxəssislər içməli su nümunələri götürərək şikayətlərin mənbəyini müəyyənləşdirmək üçün Ankaraya göndəriblər. pizza mizza

"İnfeksiya mənbəyinin içməli su olub-olmadığını hələ bilmirik. Səhiyyə Nazirliyində aparılan analizlərin nəticələrinə əsasən lazımi məlumatları əldə edəcəyimizə ümid edirik", - deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılması məqsədilə bir günlük dayandırılan dərslər çərşənbə axşamı yerli məktəblərdə bərpa olunacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!