Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə oğurluq edən 10 yaşlı uşağın daha 92 cinayəti ortaya çıxdı

Dünya

07 May 2026 00:15 111


İstanbulun Sarıyer rayonunda 10 yaşlı oğlan ticarət mərkəzində bir qadının çantasını oğurlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qadın çantasının oğurluğu ilə bağlı polisə məlumat verib. Dərhal ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub ki, çantanı azyaşlı oğurlayıb və taksiyə əyləşərək ərazidən uzaqlaşıb. Dominos pizza

Taksidə saxlanılaraq polis bölməsinə aparılan 10 yaşlı D.T. haqqında aparılan yoxlama onun əvvəllər oğurluqla bağlı 92 cinayət qeydinin olduğunu ortaya çıxarıb.

D.T. əlavə işlənmə üçün Sarıyer Yetkinlik Yaşına Çatmayanlar Bürosuna aparılıb, oğurlanan əşyalar isə sahibinə qaytarılıb. Şübhəlinin polis bölməsində dindirilməsi davam edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!