Türkiyədə silsilə əməliyyat - 100-lərlə şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə silsilə əməliyyat - 100-lərlə şəxs saxlanıldı

Dünya

28 İyun 2026 14:28 100


Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətləri törədənlərə qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb", - DİN-in məlumatında bildirilib. pizza

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!