Türkiyədə ŞOK əməliyyat: Məşhur müğənnilər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə ŞOK əməliyyat: Məşhur müğənnilər saxlanıldı

Hadisə

16 İyul 2026 10:08 881


Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib.

Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrə qarşı mübarizə çərçivəsində aparılan araşdırma zamanı ictimaiyyətdə sənətçi, aktyor, iş adamı və biznes sahibi kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdikləri, bu maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün şərait yaratdıqlarına dair əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub. Pepperoni pizza

Bununla əlaqədar İstanbul Vilayət Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələri alındıqdan sonra Bakırköy Respublika Prokurorluğuna təhvil verilməsi barədə göstəriş verilib.

Əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onlar arasında müğənnilər Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, həmçinin Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız və Öner Faruk Işık da var.

Saxlanılma qərarı verilən 25 nəfərin tam siyahısı belədir:

İlyas Yalçıntaş (müğənni)

Mehmet Fatih Aksoy

Ateş İnce

Öner Faruk Işık

Şefik Ömer Dolman

Aybüke Albere

Ayşe Nur Balcı

İrem Haznedar

Orhan Yıldız

Burak Çelik

Volkan Büyükhanlı

Büşra Tatar

Cenk Çöteli

Feyza Cihan

Asude Mercan

Sıla Gençoğlu (müğənni)

H. Eylem İpek Şafak

Gökhan Şafak

Ümit Aslan

Buğra Balkaya

Akın Altan

Oğuz Alp Güler

Kübra Altay

Hilal Zeynep Hedbe

Melis Selçukoğlu

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!