Türkiyədə zəlzələnin ardınca 6040 afterşok olub

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələnin ardınca 6040 afterşok olub

Maraqlı

19 Fevral 2023 13:36 951


Fevralın 6-da Türkiyədə baş vermiş iki ardıcıl zəlzələdən sonra qeydə alınmış afterşokların sayı 6040-a çatıb. 

Yenisabah.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Məlumata görə, 4 ayda baş vermiş yeraltı təkanların ümumi sayı qədər silkələnmə son 12 gün ərzində qeydə alınıb.  pizza sifarişi

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!