Azərbaycan Türkiyədən sement, şüşə, keramika və torpaq məmulatlarının idxalını cüzi azaldıb.
“Yeni Sabah” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu ilin ilk 7 ayı ərzində Türkiyədən Azərbaycana sözügedən məhsullar üzrə 24,846 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% aşağıdır.
İyul ayında isə Türkiyənin Azərbaycana bu kateqoriyadan məhsul ixracının dəyəri 3,41 milyon ABŞ dolları olub. Aylıq göstərici əvvəlki ilin iyul ayı ilə müqayisədə 16,3% artıb. Dördpendirli pizza
Hesabat dövründə Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları üzrə ümumi ixracı 2 milyard 652,368 milyon ABŞ dollarına çatıb. Bu, illik müqayisədə 1,8% artım deməkdir.
İyul ayında isə Türkiyənin həmin məhsullar üzrə ixracı 424,802 milyon ABŞ dolları təşkil edib və illik ifadədə 0,6% azalıb.
Yanvar-iyul aylarında Türkiyədən bu məhsulları ən çox idxal edən ölkələr ABŞ, İtaliya və Almaniya olub. ABŞ-ın idxalı 434,805 milyon dollar, İtaliyanın 185,064 milyon dollar, Almaniyanın isə 142,76 milyon dollar təşkil edib.
Telegram kanalımız