Türkiyəli dünya ulduzu “Fənərbaxça”da

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli dünya ulduzu “Fənərbaxça”da

İdman

23 Sentyabr 2026 17:39 95


Türkiyə milli komandasının kapitanı və İtaliyanın "İnter" klubunun aparıcı yarımmüdafiəçisi Hakan Çalhanoğlunun karyerasını Türkiyə Süper Liqasında davam etdirmək ehtimalı yaranıb.

“Yeni Sabah” xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumatlara görə, "Fənərbağça" rəhbərliyi qış "transfer pəncərəsi" zamanı 32 yaşlı təcrübəli futbolçunu heyətinə qatmaq üçün Milano təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. İstanbul klubu yayda da transferinə cəhd etdiyi ulduz yarımmüdafiəçi üçün şərtləri yenidən zorlamaq niyyətindədir.

Milli futbolçunun Türkiyəyə gəlmək ideyasına müsbət yanaşması "sarı-lacivertlilər"in şanslarını artırsa da, "İnter"in yeni müqavilə ilə bağlı qərarı və tələb edəcəyi transfer məbləği keçidin taleyini müəyyənləşdirəcək. pizza hut

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!