Türkiyəli keçmiş nazirin şübhəli ölümü ilə bağlı qərar: Məzarı açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli keçmiş nazirin şübhəli ölümü ilə bağlı qərar: Məzarı açılacaq

Dünya

18 Avqust 2026 20:29 82


Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolgunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda mühüm addım atılıb və onun məzarının açılmasına qərar verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, qərar çərçivəsində Arif Ahmet Denizolgunun məzarı açılacaq və ölüm səbəbi ilə bağlı yenidən məhkəmə-tibbi araşdırma aparılacaq. pizza mizza

Beləliklə, siyasətçinin illərdir müzakirə mövzusu olan ölümünün təbii səbəblərdən baş verib-vermədiyi, yaxud hər hansı xarici müdaxilənin olub-olmadığı elmi və məhkəmə ekspertizasının nəticələri nəzərə alınmaqla yenidən araşdırılacaq.

Xatırladaq ki, Arif Ahmet Denizolgun 6 sentyabr 2016-cı ildə vəfat edib. Ölümündən sonra hadisənin təbii səbəblərdən baş verdiyinə dair qiymətləndirmələrlə yanaşı, illər ərzində ölümünün şübhəli olduğuna dair iddialar da ortaya atılıb.

Denizolgunun ailəsi tərəfindən edilən müraciətlərdə ölümün şübhəli olduğu irəli sürülüb və hadisənin yenidən araşdırılması tələb olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!