Türkiyənin “Hürriyyət” qəzetinin məşhur köşə yazarı Ərtoğrul Özkök bir neçə gün əvvəl Bakıda səfərdə olub. “Yeni Sabah” xəbər verir ki, o Bakı səfərinin nəticələri ilə bağlı təəssürat yazısı ilə çıxış edib. Yazı “Hürriyyət” qəzetində dərc olunub.
O, öz yazısında Bakının möhtəşəm şəhər olduğunu bildirib, işıqlı küçələrini vəsf edib, Türkiyənin məşhur rəssamı və heykəltəraşı Əhməd Günəştəkinin Bakıda keçirilən “Yaddaşın əlifbası” adlı sərgisinə qatıldığını qeyd edib:
“Küçədə irəliləyirik. Bir az sonra sağ tərəfimizdə ilk baxışda insanı altüst edən böyük tikili önümüzə çıxır. Pepperoni pizza
Heydər Əliyev Mərkəzi...
Bu bina haqda ilk dəfə Cüneyt Özdemirin yazısında oxumuşdum və maraqlanmışdım. Deyildiyi qədər də varmış.
Bir memari şah əsər, estetik bir möcüzə...”
Daha sonra müəllif Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadid haqqında geniş məlumat verir.
Ərtoğrül Özkök Heydər Əliyev Mərkəzini İspaniyadakı Quqqenhaym muzeyi ilə müqayisə edib və üstünlüyü Heydər Əliyev Mərkəzinə verdiyini qeyd edib:
“Bu şahəsər tikilinin iki qəhramanı daha var.
Birincisi, ölkəsinin maliyyə vəsaitindən bir miqdarını belə bir mədəniyyət mərkəzinə ayırma vizyonuna sahib bir dövlət adamı. Müsəlman bir ölkənin dövlət başçısı İlham Əliyev.
İkincisi, bu tikintini həyata keçirən bir inşaat şirkəti, DAAX və onun rəhbəri Hasan Gozal...”
Müəllif yazır ki, Əhməd Günəştəkinin sərgisinə prezidentin həyat yoldaşı Mehriban Əliyeva iki qızı ilə birgə qatılıb: “Əliyeva həqiqətən gözəl bir qadındır. Sərgi haqda danışarkən “Bu günə qədər bu mədəniyyət mərkəzində həyata keçirilən ən kütləvi sərgi oldu” dedi.
Mənə və bir çoxlarına görə də Əhməd Güneştekinin bugünə qədərki ən görkəmli sərgisi idi”.
Ərtoğrul Özkök Xəzər sahilində gözintisinin onda xoş bir hiss yaratdığını bildirib: “Gecə şəhərin işıqlandırılmasını çox sevdim. Qədim binalar və geniş yolları ilə Orta Avropa şəhərini xatırladır. Yeni binalar şəhərə çarpıcı bir müasirlik gətirib.
Alov qüllələri çox etkiləyicidir. Gecə üzərinə verilən işıq şəhərə gözəl bir rəng qatır.
Müəllif hava limanında gördüyü mənzərəni də təsvir edərək yazısını yekunlaşdırıb: “Heydər Əliyev Hava limanında ibadət üçün nəzərdə tutulan otağın üzərinə “Prayer Room” yazılıb. “İbadət otağı”.
Yəni hər hansı bir inanca görə düşünülməyib. O hava limanından keçən hər kəs üçün nəzərdə tutulub. Münhen, Dalaman hava limanlarında da eyni anlayış hakimdir.
Amma İstanbul hava limanında sadəcə “Məscid” yazılır…”
Telegram kanalımız