Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng etdi
28 Sen 2020 21:17
246

Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng etdi

Bu gün Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya  zəng edib. 

Ombudsman Aparatının Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Şərəf Malkoç 27 sentyabr tarixindən başlayaraq Ermənistanın təxribat xarakterli hərbi hücumlarının qarşısını alarkən həyatlarını itirən hərbi qulluqçular, eyni zamanda dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin iriçaplı silahlarla atəşə tutulması nəticəsində həlak olan mülki şəxslərlə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə Allahdan şəfa diləyib.

Türkiyənin Baş Ombudsmanı eyni zamanda döyüşlərin getdiyi təmas xəttindəki vəziyyətlə də maraqlanıb. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə daim qardaş Azərbaycan xalqının yanındadır və onun haqq işini hər zaman olduğu kimi dəstəkləyir.         

Azəbaycan Ombudsmanı Səbinə Əliyeva diqqətə və dəstəyə görə Şərəf Malkoça təşəkkürünü bildirib. O, iki qardaş ölkə arasında dostluq münasibətlərinə toxunaraq, Azərbaycanın daim Türkiyənin dəstəyini hiss etdiyini qeyd edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər