“Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq” - XİN

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq” - XİN

Siyasət

05 Fevral 2024 20:38 523


“Qardaş Türkiyədə böyük insan itkisi və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabındakı paylaşımında bildirilib.

“Bir Millət İki Dövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq”, - deyə paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələ on minlərlə insanın həyatına son qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!