Türkiyənin məşhur aparıcısı Qarabağ müharibəsindən danışdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin məşhur aparıcısı Qarabağ müharibəsindən danışdı - Video

Şou

29 Sentyabr 2020 14:24 3117


“Alqışlarınız daha güclü olmalıdır, çünki Azərbaycan üçündür. Haqlı davalarında millət və dövlət olaraq yanınızdayıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış teleaparıcısı Müge Anlı proqramının açılışında söyləyib. 

O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib: Dominos pizza

“2020-ci ildir. Mülki şəxslərə hücumu qəbul etmirik! Şəxsi fikrimi deyirəm, Azərbaycana edilən hücumu, ölkəmə edilən hücum kimi qəbul edirəm. Milləti bu düşüncədə olanın, dövləti də bu düşüncədədir. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Onlara bütün millətlərin dəstəyini gözləyirəm. Belə bir şeyi qəbul etmək dünya ölkələri üçün mümkün olmamalıdır. Özümü öz ölkəmdə hiss etdiyim yeganə yerdir. Eyni yeməyi yeyirik, dili danışırıq, ortaq mədəniyyətə sahibik. Aramızda sərhəd ola bilər, amma biz eyni millətik”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!