Belarusun yüksək vəzifəli şəxsləri və Aleksandr Lukaşenkonun ailə üzvlərinin istifadə etdiyi təyyarə gecə saatlarında Minskdən havaya qalxıb.
Yenisabah.az “Reform.by”-a istinadla xəbər verir ki, təyyarə Türkiyənin kurort şəhəri Bodruma enib.
İyunun 24-də gecə yarısından dərhal sonra Minskdən havaya qalxan təyyarə Xəzər dənizi və Gürcüstan üzərində uzun uçuşlar həyata keçirib və Aralıq dənizi sahilində çıxıb. Dördpendirli pizza
Bu təyyarədən tez-tez Belarusun yüksək vəzifəli şəxsləri və Aleksandr Lukaşenkonun ailə üzvləri istifadə edir.
Təyyarənin Rusiyada "Vaqner PMC"-nin qiyamı ilə eyni vaxtda havalanması maraq doğurub.
Telegram kanalımız