Anormal soyuq hava şəraitində Özbəkistanda qaz təchizatında fasilələr yaranıb.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, qonşu Türkmənistandan ölkəyə qaz nəqlinin dayandırılması vəziyyəti daha da mürəkkəbləşdirib.
"Yanvarın 12-də soyuq hava şəraiti ilə əlaqədar Türkmənistanın təbii qaz yataqlarında yaranmış fövqəladə vəziyyətin yarandığından təbii qaz idxalı tamamilə dayanmasına və elektrik enerjisi idxalının 20% azalmasına səbəb olub”, - deyə Özbəkistanın Energetika Nazirliyinin yaydığı məlumatda qeyd olunub. pizza sifarişi
Özbəkistan 2022-ci ilin dekabrında Türkmənistanla qış mövsümündə əlavə 1,5 milyard kubmetr qaz idxalına dair müqavilə bağlayıb. Nəticədə sutkalıq tədarük həcmi 15 milyon kubmetrdən 35 milyon kubmetrə çatdırılıb ki, bu da kəsiri ödəməyə imkan verib. Bundan əlavə, “Türkmənenerqo” ASC-dən gündəlik elektrik enerjisi idxalı 17-18 milyon kilovatsaatadək artırılıb.
Bu vəziyyətdə Özbəkistan da öz növbəsində daxili bazarı enerji resursları ilə təmin etmək üçün elektrik enerjisinin ixracını dayandırıb.
Yanvarın 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qış mövsümündə əhalinin enerji resursları ilə fasiləsiz təchizatının təmin edilməsinə dair tədbirlərə həsr olunmuş müşavirədə energetika sahəsinə məsul şəxsləri kəskin tənqid edib. Bir sıra rəsmilər vəzifələrindən azad ediliblər.
Kommunal, qaz və elektrik təchizatı təşkilatlarının rəhbərlərinə töhmət və ciddi xəbərdarlıqlar edilib.
Telegram kanalımız