Türkmənistan Hava Yolları çərşənbə axşamından etibarən Aşqabaddan Moskvaya uçuşları dayandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
“Bildirmək istərdik ki, Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsinə əsasən 2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yollarının Aşqabad - Moskva - Aşqabad istiqamətindəki bütün reysləri dayandırılır. Uçuşlar Aşqabad - Kazan - Aşqabad marşrutu ilə həyata keçiriləcək”, - məlumatda deyilir./Oxu.az Marqarita pizza
Telegram kanalımız