TV-də barışdılar, sonra... - “Aramızı vuranlar vardı”

saytların hazırlanması

Evə çatdırılma

TV-də barışdılar, sonra... - “Aramızı vuranlar vardı”

Şou

23 Oktyabr 2025 17:05 471


Əməkdar artist Mehriban Xanlarova qızı Aysel Xanlarovanı bağışlamayıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə Aysel “Günə uğurla”da danışıb.

O bildirib ki, anası onunla efirdə barışsa da, sonradan barışmadığını bildirib: Toyuqlu pizza

“Barışmadı. Efirdən sonra dedi ki, səninlə barışmıram. Bir dəfə demişdi ki, ölsəm, meyitimin üstünə gəlmə. Nə qədər cəhd etdim, barışmadı.

3 yaşımdan yetim qalmışam, atam yoxdur, anam xəstə olub, vəfat edib. Mehriban xanım mənə xala yox, ana olub. 4 uşağım onunla qalırdı, 2 uşağım rayonda yanımda idi. Bundan əlavə bazarlığımı, geyimimi, hər şeyi o alırdı. Mehriban xanımın nazına dözməyə hazıram. Amma kənardan müdaxilə olanda ona inanır. Barmağında balaca yara da olsa, yenə gedərəm. Mənim xalam deyil, anam olub. Onun sayəsində mən Aysel Xanlarovayam. Aramızı vuranlar olub. Nə qədər etsəniz də, ət dırnaqdan ayrılmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!