"Ukraynaya hərbi yardım göstərmək üçün döyüş təyyarələrindən daha faydalı silahlarla təmin etməyə üstünlük veririk".
Yenisabah.az BFMTV-yə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
Avropa Şurasının Brüsseldə keçirilən fövqəladə iclası başa çatdıqdan sonra Vladimir Zelenskinin tələbi ilə Ukraynaya qırıcı təyyarələrin çatdırılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Makron deyib: Dördpendirli pizza
“Mən heç nəyi tamamilə istisna etmirəm”.
Prezident izah edib ki, istənilən halda qırıcıları yaxın həftələrdə çatdırmaq mümkün deyil. Bundan əlavə, onlar Kiyevin bugünkü ehtiyaclarını ödəmirlər: "Sezar" özüyeriyən artilleriya qurğularının çatdırılması kimi digər prioritetlər vasitəsilə Ukraynaya kömək etməyə üstünlük veririk".
Telegram kanalımız