Ukrayna ABŞ və Avropa tərəfdaşları ilə birlikdə müharibənin dayandırılması üçün yeni plan hazırlayıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb. Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur. pizza sifarişi
Zelenski bildirib ki, ABŞ tərəfinin əlavə təklifləri də var və Kiyev onların təqdim olunmasını gözləyir./APA
Telegram kanalımız