Ukrayna Baş Qərargahı: “Rusiyanın 40 670 hərbçisi məhv edilib“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Baş Qərargahı: “Rusiyanın 40 670 hərbçisi məhv edilib“

Dünya

30 İyul 2022 11:16 923


“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 670 hərbçisi məhv edilib”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 759 tank, 3 995 zirehli döyüş maşını, 906 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 733 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 889 avtomobil texnikası və avtosistern, 78 xüsusi texnikadan ibarətdir. Dominos pizza

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!