Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı 

Dünya

06 İyun 2023 15:04 688


Ukraynanın BMT-dəki nümayəndələri "Kaxovka" su elektrik stansiyasında baş vermiş partlayışla əlaqədar təşkilatın Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

"Görüş iştirakçıları bir sıra beynəlxalq tədbirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması, beynəlxalq ekoloji təşkilatlara, Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər barədə razılığa gəliblər. Çünki ruslar bu cür hərəkətlər etməklə Cenevrə Konvensiyasını pozub", - bəyanatda bildirilib.  Pepperoni pizza

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!