30 Sentyabr - 00:38
Ukrayna kəşfiyyatı: “Krımda işğalçılara qarşı partizan hərəkatı fəallaşıb“

Ukrayna kəşfiyyatı: “Krımda işğalçılara qarşı partizan hərəkatı fəallaşıb“

Dünya

02 Avqust 2022 11:23 517


“Krım adasında işğalçılara qarşı partizan hərəkatı və ictimai hərəkat fəallaşıb”. 

“Report” xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “TSN”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, adanı ilhaq etmiş Rusiya Krımda hava hücumundan müdafiəni gücləndirir: “Bundan başqa, orada partizan hərəkatı fəallaşıb. Yerli sakinlər Krımın Ukraynanın nəzarətinə qayıtmasına hazırlıq görür”.

Xatırladaq ki, bir müddət əvvəl hərbi ekspert Oleq Jdanov Ukrayna Silahlı Qüvvələrinin Krımı tam olaraq azad edəcəyinin taktikasından danışıb. O, Ukrayna ordusunun adanı mövqe döyüşləri ilə deyil, ayrı-ayrı bölmələr tərəfindən manevr edilmiş hücumlarla azad edə biləcəyinin mümkünlüyünü söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!