Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə 2022-ci ildə qlobal iqtisadiyyata 1,6 trilyon dollardan (1,5 trilyon avro) ziyan vurub.
Yenisabah.az "Rheinische Post"a istinadla xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyatı İnstitutunun (IW) təqdim etdiyi hesabatda bəhs olunur.
İqtisadçıların fikrincə, məhz bu məbləğlə dünya istehsalının həcmi azalıb. Bu il qlobal iqtisadiyyatın itkiləri daha 1 trilyon dollar (940 milyard avro) arta bilər. pizza
Hesabatda deyilir ki, müharibə bütün dünyada tədarük zəncirlərini pozub və enerji qiymətlərini uçurub. Bundan əlavə, inflyasiyanın artması istehlakçıların alıcılıq qabiliyyətini aşağı salıb, daha sonra bildirilir.
IW ekspertləri hesablamaları üçün Beynəlxalq Valyuta Fondunun payız proqnozlarını əsas götürüblər. Bununla yanaşı, 2023-cü ildə mütləq itkilər əvvəlki ilə nisbətən aşağı ola bilər, qlobal əmtəə və enerji bazarlarında gərginliyin azalacağını gözləyən iqtisadçılar etiraf edirlər.
Telegram kanalımız