“Ukrayna nüvə silahından vaz keçməsəydi, Rusiya Krımı işğal etməyəcəkdi”
15 Apr 2021 15:56
288

“Ukrayna nüvə silahından vaz keçməsəydi, Rusiya Krımı işğal etməyəcəkdi”

“Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib ki, Qərb ölkələri Ukraynanın nüvə statusunun qaytarılması barədə düşünməlidir. Böyük ehtimalla Kiyev səfirinin açıqlaması vasitəsilə Qərb ölkələrinin nəbzini yoxlayır. Ukrayna nüvə silahından SSRİ dağıldıqdan 3 il sonra - 1994-cü ildə imtina edib”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Qərb düşünürdü ki, SSRİ dağıldıqdan sonra təhlükəsizlik baxımından nüvə silahı keçmiş respublikalardan yalnız Rusiyada olmalıdır:

“ABŞ, Britaniya və Rusiya Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət vermişdi. Rusiya zəmanətin üstündən xətt çəkərək 2014-cü ildə Krımı ilhaq etdi. Krımın ilhaqı göstərdi ki, Rusiyanın zəmanətinə aldanmaq lazım deyildi. Nə Kiyev, nə də Vaşinqton uzaqgöən oldular. Ukrayna nüvə silahından imtina etməsəydi, Rusiya Krımın ilhaqına risk etməzdi”.

Ekspert vurğulayıb ki, Ukraynanın yenidən nüvə dövləti statusunu geri alması problematikdir:

“Qərb ölkələri Ukraynanı müttəfiq kimi dəyərləndirsələr də, “nüvə klubu”na yeni dövlətin üzv olmasına dəstək verməzlər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər