“Ukrayna Silahlı Qüvvələri Xersonda ruslara güclü zərbələr endirib, Ukraynadakı Rusiya komandanlıq məntəqələri darmadağın edilib. O cümlədən Ukrayna hərbçiləri 13 yaşayış məntəqəsi ərazisində Rusiyanın hücumlarını dəf edib”.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində yerləşdirilən operativ məlumatında deyilir.
“Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Spirne, Soledar, Mayorsk, Baxmut, Pidqorodne, Viimka, Kurdyumivka, Zaitseve, Novomixaylovka, Pervomaiske, Kamianka, Pobyeda, Pavli yaşayış məntəqələrində düşmənin hücumlarını dəf edib” - deyı məlumatda deyilir. pizza
Baş Qərargahın məlumatına görə, rus hərbçilər itki verməkdə davam edir:
"Bu il sentyabrın 24-də Xerson şəhəri daxilindəki sənaye zonası ərazisində düşmən texnikasının cəmləşdiyi bölgədə daha bir dəqiq zərbə təsdiqlənib”.
Telegram kanalımız