Ukrayna ordusu rusların iki silah anbarını partlatdı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu rusların iki silah anbarını partlatdı

Dünya

19 Dekabr 2022 11:41 800


“Son sutkada Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə 55 hücum təşkil edib. Bu hücumlar “Şahed-136” tipli PUA-lar və raketlər vasitəsilə həyata keçirilib”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında yer alıb.

Bildirilib ki, Volın və Poliske istiqamətlərində vəziyyət ciddi dəyişməyib: Sezar pizza

“Qarşı tərəf Siverski, Slobojansk, Kupyansk, Baxmut, Zaporojye və Xerson istiqamətində müxtəlif yaşayış məntəqələrini atəşə tutub. Ukrayna aviasiyası ötən gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 9, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib”.

Məlumata görə, Ukrayna müdafiə qüvvələri düşmənin 2 silah-sursat anbarını və bir neçə nəzarət postunu vurublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!