Ukrayna rəsmisi Putinlə məzləndi: “3 günlük müharibənin 210-cu günüdür“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna rəsmisi Putinlə məzləndi: “3 günlük müharibənin 210-cu günüdür“

Dünya

21 Sentyabr 2022 11:30 879


“Ukraynanın məhv edilməsini tələb edən Rusiya, nəhayət, səfərbərlik elan etdi".

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, artıq 3 günlük müharibənin 210-cu günüdür: "Sərhədlər bağlanıb, bank hesabları dondurulub. Bu gün baş verənlər həyatın ironiyasıdır. Doğrudan da, hər şey plana uyğun gedir?!” Sezar pizza

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!